TƏBRİKLƏR, SƏFURƏ! FİNALDA DA UĞURLAR SƏNƏ, VƏTƏN QIZI SƏFURƏ! LYCKA TILL I FINALEN SAFURA!





SƏFURƏYƏ SƏS VERİN!

NORVEÇİN PAYTAXTI OSLO ŞƏHƏRİNDƏ KEÇİRİLƏCƏK EUROVİSİON 2010 MUSİQİ MÜSABİQƏSİNDƏ,
İSVEÇLİLƏRİN YAZDIĞI "DRIP DROP" MAHNISI İLƏ GÖZƏL VƏ ISTEDADLI QIZIMIZ, YARIMFİNALIN QALİBİ SƏFURƏ ƏLİZADƏ AZƏRBAYCANI FİNALDA DA TƏMSİL EDƏCƏK.
MAYIN 29-DA FİNALDA HAMIMIZ
SƏFURƏYƏ UĞURLAR ARZULAYIRIQ!

AZERBAJDZJANS BIDRAG TILL EUROVISION SONG CONTEST 2010 FRAMFÖRS AV DEN BEGÅVADE SÅNGERSKAN SAFURA SOM SKA FRAMFÖRA DEN SVENSKSKRIVNA LÅTEN "DRIP DROP" I OSLO.
VI ÖNSKAR SAFURA LYCKA TILL
I FINALEN DEN 29 MAJ!



DRIP DROP

Text: Anders Bagge, Stefan Örn

Musik: Sandra Bjurman


Verse 1
You are my man
You are my half
Tell me what's happening
I know something's wrong
I can tell when you lie
I can tell you've stopped trying
Pre-chorus 1
These last three weeks past and we've barely talked
I think I know, and it's breaking my heart
Am I in or am I out?
Chorus 1
Can I love you forever through this?
Can I trust in you forever through this?
I don't know how to stop, how to stop
These teardrops
That drip drop drip drop
(And) drip drop drip drop
Oh.. Oh...
Verse 2
Tell me where have you been?
Why are you late?
You smell like lipstick again
Come on, answer my question!
Say something.
Why are you acting out?
Oh, say it's in my head...
Chorus 2
Can I love you forever through this?
Can I trust in you forever through this?
I don't know how to stop, how to stop
These teardrops
That drip drop drip drop
Drip drop drip drop
Oh.. Oh...
Break
I don't wanna cry
I don't wanna hear your name
If this is where it ends
I don't wanna run
Run away from myself
And be lost again
Chorus 3
Can I love you forever through this?
Can I trust in you forever through this?
I don't know
These teardrops
I don't know
That drip drop drip drop
Oh.. Oh...

QAN YADDAŞIMIZ - LAÇINIMIZI UNUTMADIQ!

1992-ci il mayın 18-də Laçın rayonu xəyanətin qurbanı oldu və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.

Laçının işğalından 18 il də keçdi.

Laçında şəhid olanların qanı yerdə qalmayacaq!


Vətən uğrunda canından keçənlərə Allah rəhmət eləsin!










 

 

 


QAN YADDAŞIMIZ - ŞUŞAMIZI UNUTMADIQ!

Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşanın keçmiş Sovet və Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 18 il keçir.

Şuşada şəhid olanların qanı yerdə qalmayacaq!

Vətən uğrunda canından keçənlərə Allah rəhmət eləsin!










 

 

 


"AZƏRBAYCAN TARİXİNDƏ 31 MART SOYQIRIMI GÜNÜ" ADLI SİMPOZİUMDA İŞTİRAK EDƏN HƏMVƏTƏNLƏRƏ SONSUZ TƏŞƏKKÜRLƏRİMİZİ BİLDİRİRİK!


İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU və Dünya Azərbaycanlıları Konqresi, 9 aprel 2010-cu il tarixində İsveçin paytaxtı Stokholm şəhərində “Azərbaycan tarixində 31 Mart soyqırımı günü” adlı simpozium keçirtdi. Simpoziumda, Stokholmda və İsveçin başqa şəhərlərində yaşayan həmvətənlərimiz, Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin əməkdaşı Gülnarə Əskərova, Odlar Yurdu Azərbaycanımızın millət vəkili Baba Tağıyev, Avstraliyadan - həmvətənimiz Əhməd Qeybi, Almaniyadan - Dünya Azərbaycanlıları Konqresinin həmsədri Firidun Pərviznia, Malmödən - Dünya Azərbaycanlıları Konqresinin Daimi şurasının sədri Əjdər Tağızadə, Tribun jurnalının redaktoru Əlirza Ərdəbilli və başqa dərnəklərin və təşkilatların təmsilçiləri də iştirak etdi.

İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU-nin idarə heyətinin üzvü Gülüş xanım, birinci dəfə olmasına baxmayaraq, simpoziumu böyük məharətlə, ciddi şəkildə və təmkinlə apardı. Simpozium Azərbaycan Respublikasının milli himni ilə açıq elan olundu, sonra isə Gülüş xanım 1918-ci il 31 mart soyqırımında şəhid olanların ruhunu yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Simpoziumun iştirakçıları, dəvət olunan qonaqları, çıxış edəcək həmvətənlər və simpoziumun proqramı elan edildikdən sonra aparıcı, simpoziumu açmaq üçün sözü İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU-nun sədri Sevinc Bakılıya verdi.

Sevinc xanım, dərnəyin dəvətini qəbul edərək simpoziuma gələn bütün qonaqları, orada iştirak edən həmvətənləri salamladıqdan sonra çıxışının əvvəlində simpoziumun keçirilməsinin qarşısını almaq istəyənlərin, sədri olduğu dərnəyin milli fəaliyyətinə əngəl törətmək istəyənlərin erməni deyil, sapı özümüzdən olan baltalar, bizə qarşı təxribat aparan bədxah, üzqarası olan “ünsürlər”, sözdə özlərini azərbaycanlı deyə adlandıranların olmasından böyük təəssüflə danışdı.

Sonra isə çıxışının ardında Sevinc Bakılı, birinci dəfə olaraq Stokholmda belə bir böyük simpoziumun keçirilməsinin zəruriliyindən, tariximizin qanlı və faciəli səhifəsi olan 1918-ci il 31 Mart – Azərbaycanlıların soyqırım gününün keçirilməsindən, tarixi faktlardan danışdı və qeyd etdi ki, bu simpoziumu keçirməyin əsas məqsədlərindən biri də tarixin hələ tam açılmamış səhifələrindən biri olan 31 Mart soyqırımını İsveç cəmiyyətinə çatdırmaq olub. Sevinc xanım çıxışının sonunda vurğuladı ki, daha bir qan yaddaşımız olan 31 Mart soyqırımı, xalqımıza olunan soyqırımlar, işğal olunmuş torpaqlarımız, yüzminlərlə şəhidimiz haqqında hamı bilməlidir ki, milli yaddaşımız özünə qayıda bilsin. Sevinc Bakılı soygırım qurbanlarının, şəhidlərimizin əziz xatirəsini dərin hüzn və ehtiramla yad edərək, Allahdan onlara rəhmət, yaxınlarına səbr diləyərək, çıxışını “1918-ci il 31 Mart Soyqırımını heç vaxt unutmadıq, unutmuruq və unutmayacağıq!” sözləri ilə bitirdi.

Sonra isə millət vəkili Baba Tağıyev və Dünya Azərbaycanlıları Konqresinin həmsədri Firidun Pərviznia simpoziumda çıxış etdilər.

Firidun bəyin şıxışından sonra, 1918-ci il 31 Mart Soyqırımının 92-ci ildönümünü və şəhidlərimizin ruhunu yad etmək üçün, istedadlı və gənc rejissorumuz, “EL TV” Regional Televiziya şirkətinin direktoru İqbal Məmmədəliyevin “Həqiqətin özü” filmindən bir hissənin nümayişi oldu. Tarixi faktlar və arxiv materialları ilə zəngin olan, böyük ustalıqla çəkilmiş bu filmə baxdıqdan sonra simpoziumun iştirakçıları həqiqətən şahid oldular ki, tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş bu soyqırımlar və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxmışdır.

Sonra isə Dünya Azərbaycanlıları Konqresinin Daimi şurasının sədri Əjdər Tağızadə və Tribun jurnalının redaktoru Əlirza Ərdəbilli çıxış etdilər.

Əlirza bəyin çıxışından sonra uşaqlarımızın – Cəlal Xəlilov və Fidan Babayevanın ifalarında Odlar Yurdu Azərbaycanımız haqqında şerləri dinlənildi və gələcəyimiz olan bu gözəl, vətənpərvər balalara alqışlarla təşəkkürlər edildi.

Simpoziumun sonunda İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU-nun sədri Sevinc Bakılı, Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şerini söylədi, simpoziumu bağlı elan etdi və bir daha simpoziumda iştirak edənlərə, qonaqlara, çıxış edənlərə, uşaqlara, simpoziumun təşkilində, hazırlıq və texniki işlərində yardım edən həmvətənlərimizə, əməyi keçən bütün dostlara həm öz, həm İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU, həm də Dünya Azərbaycanlıları Konqresi adından hamıya sonsuz təşəkkürlərini bildirdi.

























31 MART SOYQIRIMINDA ŞƏHİD OLANLARA ALLAH RƏHMƏT ELƏSİN! AMİN! SOYQIRIMLA BAĞLI KEÇİRİLƏCƏK SİMPOZİUMA XOŞ GƏLİRSİNİZ!


İSVEÇ-AZƏRBAYCAN KÜLTÜR DƏRNƏYİ ODLAR YURDU VƏ ABF STOKHOLMUN İŞBİRLİYİ İLƏ STOKHOLMDA TƏŞKİL OLUNMUŞ SİMPOZİUM -

AZƏRBAYCAN TARİXİNDƏ 31 MART SOYQIRIMI GÜNÜ


Cümə günü, 9 aprel, saat 17.00-21.00


Ünvan: ABF Stokholm, Sveavägen 41, I mərtəbə, Kata zalı


KÜLTÜR PROQRAMI:


31 mart soyqırımı gününü keçirmək


Simpoziumda iştirak edəcək qonaqların və dərnəyimizin bu haqda mühazirə və çıxışları

 

Şerlər, film nümayişi, videofilmlər və şəkil sərgisi


Xoş gəlirsiniz!


 

İSVEÇ-AZƏRBAYCAN KÜLTÜR DƏRNƏYİ ODLAR YURDU






31 MART SOYQIRIMINI UNUTMADIQ!


NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN! QOY, ELİMİZİN YAZ TƏRAVƏTLİ BAHAR BAYRAMI GƏLİŞİ İLƏ SİZLƏRƏ UĞUR, XOŞ VƏ FİRAVAN GÜNLƏR GƏTİRSİN! SÜFRƏNİZ DƏ HƏMİŞƏ BOL NEMƏTLİ VƏ RUZİ-BƏRƏKƏTLİ OLSUN! STOKHOLMDA KEÇİRƏCƏYİMİZ BAYRAM ŞƏNLİYİMİZƏ XOŞ GƏLİRSİNİZ!

Novruz gəlir, yaz gəlir,

Bir əlində saz gəlir,

Bir əlində xonçası,

Açıb gülün qönçəsi,

Bülbülə avaz gəlir,

Novruz gəlir, yaz gəlir,

Novruz gəlir, saz gəlir…

Bu bahar bayram gələr,

Toy gələr, nişan gələr,

Novruzun görüşünə,

El gələr, oba gələr…


8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMINIZ MÜBARƏK OLSUN, ƏZİZ XANIMLAR!

ƏZİZ VƏ HÖRMƏTLİ XANIMLAR!


SİZİ 8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMI MÜNASİBƏTİLƏ ÜRƏKDƏN TƏBRİK EDİRIK! AZƏRBAYCAN XANIMLARI, ÜZÜNÜZDƏN TƏBƏSSÜM HEÇ ZAMAN ƏSKİK OLMASIN! XANIMLARIMIZA UZUN ÖMÜR, CAN SAĞLIĞI, AİLƏ SEVİNCİ, XOŞBƏXTLİK, FİRAVAN HƏYAT VƏ UĞURLAR ARZULAYIRIQ! GÖZƏL XANIMLAR, HƏYATDA BÜTÜN ARZULARINIZA ÇATASINIZ! BU GÜN SİZİN GÜNÜNÜZDÜR, ÇİÇƏK KİMİ ƏTİRLİ OLASINIZ, GÜLLƏR HAMINIZADIR...

XANIMLAR, 8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMINIZ MÜBARƏK OLSUN!


BAYRAM OVQATLI XOŞ ARZULARLA,


İSVEÇ-AZƏRBAYCAN KÜLTÜR DƏRNƏYİ ODLAR YURDU












XOCALI SOYQIRIMINDA ŞƏHİD OLANLARA VƏ GÜNAHSIZ ÖLƏNLƏRƏ ALLAH RƏHMƏT ELƏSİN! AMİN!


Şənbə günü, fevralin 27-də dərnəyimiz Xocalı soyqırımına qarşı Stokholmda keçirilən aksiyada iştirak etdi. Dərnək tərəfindən tərtib olunmuş müraciət həm İsveç mediasına, hem də dünyanın müxtəlif təşkilatlarına göndərildi. Şəhidlərimizin xatirəsini yad etmək, Xocalıda Ermənistanın törətdiyi soyqırımı məhkum etmək və etiraz səsimizi dünya ictimaiyyətinə yaymaq üçün aksiyada iştirak edən həmvətənlərə dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhu şad olsun!


KHOJALY – THE TRAGEDY OF THE 20th CENTURY

On 25-26 of February 1992 Armenian Army captured Azeri town of Khojalyin northern Karabagh. Over 800 civilians were butchered in cold blood. Khojaly is a settlement of Azerbaijan situated in the strategic point on the road Agdam-Shusha, Khankendi (Stepanakert) - Askeran near the only airport in Karabakh. Its population is more then 7 thousand people.

Late on February 25 the city was under the intensive fire from the town Khankendi and Askeran. The airport and neighboring houses was destroyed. More then 150 people defending the airport were killed by sporadic artiller shelling of regiment No 366. The next day, on February 26 the fire shooting grew heavier and more fierce. After powerful artillery shelling Armenian bandits launched a massive attack. Armoured vehicles of Soviet Army regiment No 366 were in the first row of the attackers. They were followed by Armenian armed bandit units. The Armenian armed men backed by armoured vehicles killed the defenders of the districts and houses. The most valuable property and personal possessions were loaded onto the trucks and taken away towards the town of Khankendi.

Occupation of Khojaly was followed with unprecedented brutalities against the civilian population. In a few hours the aggressors killed 613 innocent and unarmed people. Among them were 106 women, 83 children. 56 people were killed with special brutality. 8 families were totally exterminated. 25 children were totally, and 130 children were partly orphaned. 476 people became disabled persons (of them 76 were minors). 1275 people were taken into hostage and even though afterwards most of the hostages were released from captivity, the fates of 150 of them are still unknown. The event had sparked the exodus of Azerbaijanis from their historic lands. Ten years on and the world is still oblivious to the suffering caused by the Armenian aggression against Azerbaijan Republic. As the result of ethnic cleansing in Karabagh, and other territories occupied by Armenians, some 1,000,000 people have been expelled from their homes and forced to live in tent-camps and railway carriages…

One of first persons who shed a light on Khojaly tragedy in all over the worlds was Mr. T.Goltz, American independent journalist. We invite you to read on Khojaly tragedy from his book. Do not read that awful story from a part of Azerbaijani or Armenian. Let’s have an impartial American journalist as judge between us.

 

Swedish-Azerbaijanian Culture Association ODLAR YURDU

No one and nothing will be forgotten...










DƏRNƏYİMİZİN "AZƏRBAYCAN DİLİ" KURSU

"Azərbaycan dili" kursunun fəal iştirakçılarının nəzərinə çatdırıram ki, artıq qiş tətili sona yetdi və biz yenidən dərslərimizə başlayırıq. Kursumuz hər həftə, şənbə günləri ABF-də keçirilir. Ünvanımız: ABF Stockholm, Sveavägen 41, 5-ci mərtəbə, "Lapplandsrummet". 2010-cu il yanvarın 16-da saat 14.00-də ABF-də sizinlə yeniden görüşmək ümidi ilə kursun rəhbəri:

Sevinc Bakılı



DƏRNƏYİN İDARƏ HEYƏTİ

İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU neçə illərdir ki, İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərir. Dərnəyin üzvləri İsveçdə yaşayan güneyli-quzeyli azərbaycanlılar və isveçlilərdir.

Stokholmun mərkəzindəki ABF-də "Azərbaycan dili" adlı kursumuz da var.

Dərnəyə üzv olmaq istəyənlər bizə müraciət edə bilərlər.


Dərnəyimizin İdarə Heyəti ilə tanış olun:


İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU-nun sədri Sevinc xanım Bakılı

e-mail ünvanı: [email protected]




Sədr müavini: Əli bəy Binab




Xəzinədar: Gülüş xanım Nemətova




İdarə Heyətinin üzvü: Lalə xanım İbrahimova


Katib: Aygün xanım Tahami


2009-08-01




RSS 2.0